Türkiyə İsrailə casusluqda şübhəli bilinən 7 nəfəri tutub
Bu barədə TRT Haber məlumat yayıb
Türkiyə İsrailin casusu olduğunu iddia etdiyi 7 nəfəri saxlayıb.
Bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə keçirdiyi əməliyyat nəticəsində, əldə etdikləri məlumatları xüsusi detektivlər vasitəsilə “Mossad”a satdıqları təsbit edilən 7 şübhəli tutulub.
Qeyd edək ki, Türkiyə ötən ay İsrailin xeyrinə casusluqda ittiham olunan onlarla adamı həbs edib.