XƏBƏRLƏR / Maliyyə

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə lirəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmaqda davam edir.

    Sentyabrın 20-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 34,09 səviyyəsinə qədər yüksəlib.

      Avro/Türkiyə Lirəsi məzənnəsi isə 38,18 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb.

      Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 33,97 TL, satış üzrə 34,03 TL müəyyən edib.