Türkiyə Müdafiə Nazirliyindən təbrik
"Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik"
Türkiyə Milli Müdafiə Nazirliyi 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycan türk qardaşlarımızın hüzur və təhlükəsizliyi üçün qəhrəmanca və fədakarca xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin quruluşunun 106-cı ili mübarək olsun. Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik”.