XƏBƏRLƏR / Hərbi

Tərtərdə mina partlayışından bir nəfər xəsarət alıb

Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb

Tərtərdə mina partlayışından bir nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:11

    ANAMA-nın məlumatı:

    2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən xəbərə görə, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

    Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.



    ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

    ***

    Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

    Araşdırma aparılır.