XƏBƏRLƏR / Hərbi

Ruslar 24 saat ərzində "atəşkəs əldə etdiklərinə" inanırlar

Bunu Azərbaycan Ordusunun antiterror tədbirlərinin nəticəsi haqda Rusiya SQ Baş Qərərqah rəisi Valeri Qerasimov dilinə gətirib

Ruslar 24 saat ərzində "atəşkəs əldə etdiklərinə" inanırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Silahlı Qüvvələrinin Baş Qərərqah rəisi Valeri Qerasimovun çıxışından: "Zaqafqaziyada vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə davamlı tendensiyaya malikdir.

    Bu ilin sentyabrında Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində 24 saat ərzində atəşkəs əldə edilib. Rusiya sülhməramlıları 10 mindən çox insanın öz dislokasiya yerlərində yerləşdirilməsini təmin etdilər və sonradan Dağlıq Qarabağın demək olar ki, bütün əhalisinin Ermənistana təhlükəsiz getməsini təmin etdilər."

    Qerasimov  19-20 senyabrda Azərbaycan Ordusunun keçirdiyi uğurlu antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının rolunu şişirdərək, ölkəsinin hələ də qüdrətli imperiya olduğu haqda görüntü yaratmaq istəyir. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri darmadağın olandan sonra, Qerasimov görəsən hansı "atəşkəsdən" danışır?