XƏBƏRLƏR / Müttəfiq

Türkiyə paradda 6 ədəd F-16 ilə təmsil olunacaq

Bu barədə Zeki Aktürk mətbuat konfransında deyib

Türkiyə paradda 6 ədəd F-16 ilə təmsil olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək.

    Bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

    8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq.

    O qeyd edib ki, noyabrın 7-də isə Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq.