Türkiyə parlamentində Xocalı soyqırımı anılıb
Mərasimdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva iştirak edib
Bu gün Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Xocalı soyqırımının 17 ölkə, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən tanındığını açıqladı.
Çıxış edənlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində törədilən soyqırımın təkrarlanmasının qarşısını almaq üçün Xocalıdakı dəhşətli cinayətdə iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğuladılar.
1 dəqiqədən az