XƏBƏRLƏR / Hərbi

Türkiyə, Qətər, Pakistan və İndoneziya birgə silah buraxacaq

Bu barədə Dohada 4 ölkənin Müdafiə Sənayesi nazirlikləri əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb

Türkiyə, Qətər, Pakistan və İndoneziya birgə silah buraxacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi əməkdaşlığına dair anlaşma memorandumu imzalayıblar.

    Bedir Çoxtərəfli Anlaşma Memorandumu (MMU) Dohada Türkiyə, Qətər, Pakistan və İndoneziyanın Müdafiə nazirlikləri arasında imzalanıb. Sənəd birgə hərbi istehsal, texniki əməkdaşlıq, hərbi mütəxəssislərin hazırlanması, tədqiqatlar və müasir müdafiə sistemlərinin inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutur. Tərəflər birgə layihələr həyata keçirmək və dost dövlətlərin ehtiyaclarını ödəmək üçün öz sənaye sahələrinin tamamlayıcı potensialından istifadə etməyə ümid edirlər.

    Təşəbbüs iştirakçılar arasında əlaqələri gücləndirməyi, çoxtərəfli müdafiə əməkdaşlığını genişləndirməyi və regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyir.