XƏBƏRLƏR / Siyasət

Türkiyə, Səudiyyə və Pakistan birgə müdafiə sazişi imzalayıb

Məkkə sazişi üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək YENİLƏNİB/FOTO

Türkiyə, Səudiyyə və Pakistan birgə müdafiə sazişi imzalayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:01

    Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar, ona əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

    Sənəd avqustun 7-də Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitdə imzalanıb. Sazişi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar.

    "Saziş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasındakı qədim tarixi əlaqələrə, onları birləşdirən qardaşlıq və İslam həmrəyliyi bağlarına, ortaq strateji maraqlara və müdafiə sahəsində çoxillik əməkdaşlığa əsaslanır. Sənəd üç ölkənin birgə təhlükəsizliyin möhkəmləndirilməsini davam etdirmək, həm regionda, həm də onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətini əks etdirir", - bəyanatda qeyd olunub.

    XİN-dən həmçinin vurğulanıb ki, saziş istənilən təcavüz aktlarına qarşı birgə çəkindirmənin gücləndirilməsinə yönəlib. Sənəddə xüsusilə nəzərdə tutulur ki, "üç dövlətdən birinə edilən hər hansı silahlı hücum onların hamısına edilmiş hücum kimi qiymətləndiriləcək". Saziş həmçinin müdafiə sahəsinin bütün istiqamətləri üzrə üç ölkə arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

    ***

    09:43

    Reuters agentliyinin məsələ ilə tanış olan regional mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə müqaviləsi bağlamaq niyyətindədirlər.

    Sənədin 7 avqust cümə günü imzalanması planlaşdırılır. Agentlik müqavilənin təfərrüatlarını açıqlamayıb.

    Əvvəllər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 avqustda Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyi bildirilirdi. Bu arada Şərif 6 avqust, cümə axşamı günü üç günlük rəsmi səfər üçün Səudiyyə Ərəbistanına gəlib. Onu Pakistan Silahlı Qüvvələrinin baş feldmarşalı Asim Munir müşayiət edir.