Türkiyə tank əleyhinə silah təqdim etdi VİDEO

ROKETSAN yaxın məsafəli tank əleyhinə KARAOK raket sisteminin sınaqlarını uğurla başa çatdırıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN yaxın məsafəli tank əleyhinə KARAOK raket sisteminin sınaqlarını uğurla başa çatdırıb.

    Sınaqlar zamanı KARAOK-un “at və unut” prinsipi ilə işlədiyi nümayiş olunub.

    Bununla yanaşı, raketin zirehi deşən tandem döyüş başlığının effektivliyi də praktiki şəkildə sübut edilib. Bildirilir ki, sistem həm çox yaxın məsafədən – təxminən 76 metrdən, həm də maksimal döyüş məsafəsinə yaxın – 2500 metrədək aralıqda yüksək dəqiqliklə hədəfləri məhv edə bilir.

    Qeyd olunur ki, KARAOK funksional xüsusiyyətlərinə görə ABŞ istehsalı FGM-148 Javelin və Rusiya istehsalı 9M133 Kornet tank əleyhinə raket komplekslərinə bənzər imkanlara malikdir. Bu isə Türkiyənin yerli müdafiə sənayesində növbəti mühüm texnoloji nailiyyət kimi qiymətləndirilir.