“Türkiyə, tək ürək” marafonunda 115 milyard toplandı
Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə ortaq yayım keçirilib
“Türkiyə, tək ürək” yardım kampaniyası çərçivəsində 115 milyard 146 milyon 528 min lirə ianə toplanıb. Belə ki, Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə ortaq yayım keçirilib. Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib.
Kampaniyaya dünyanın müxtəlif ölkələrindən iş adamları, mədəniyyət xadimləri, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.
Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) edib.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.