XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır

Bu, Milli Məclisin komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.

    Bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

    Beləliklə, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq.

    Qeyd edək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.