XƏBƏRLƏR / İctimaiyyət

Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb

O, qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur

Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb
Anar Məmmədli
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 14-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri, həbsdə olan Anar Məmmədlinin şikayətini təmin etməyib. Şikayət həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı verilmişdi.
    Apellyasiya Məhkəməsi öz qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib. 

    Amnesty International şirkəti A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. 

    "Turan" İA Məmmədlinin həbsinin əsl səbəbini ötən ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkiləri zamanı hakimiyyətin saxtakarlığını ifşa etməsini hesab edir.