XƏBƏRLƏR / Sosial şəbəkə

Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası

"TRT Haber" məlumat verir

Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. Ölkədə sosial şəbəkələrə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.

    Bununla bağlı normativ akt "Resmi Gazete" nəşrində dərc olunub.

    Qaydalara əsasən, 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəyə icazə verilmir. 15–18 yaş arası istifadəçilər üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca rejim yaratmalıdır.

    İstifadəçilərin yaşı xüsusi identifikator vasitəsilə "e-Devlet" üzərindən təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.

    Eyni zamanda, yeniyetmələrin öz profillərinin digər istifadəçilərə təklif olunmasına da icazə verilməyəcək.