Malatyanın Doğanşehir rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) "X" səhifəsində yer alan məlumata görə, saat 12.23-də episentri Doğanşehir olmaqla 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 17,7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.