Türkiyədə 4,5 ton narkotik ələ keçirildi VIDEO
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib
Türkiyədə narkotiklə mübarizə tədbirləri çərçivəsində 4,5 ton narkotik vasitə ələ keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabından paylaşım edib.
O bildirib ki, 15 vilayətdə həyata keçirilən narkotik əməliyyatları çərçivəsində 199 şübhəli saxlanılıb, 58 kiloqramı kokain olmaqla 4,5 ton narkotik vasitə və 64 min 800 narkotik həb ələ keçirilib.