XƏBƏRLƏR / Təbiət

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

AFAD xəbər verir ki, zəlzələ Balıkəsirdə Sındırqı rayonunda baş versə də, ətraf əyalətlərdə də hiss olunub

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,9 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, zəlzələnin episentri 11 kilometr dərinlikdə yerləşib.

    Qeyd edək ki, bir müddət öncə Balıkesir vilayətində 5 və 4,9 maqnitudalı zəlzələlər olub və bu günə qədər ərazidə yüzlərlə afterşok qeydə alınıb.

    CNN TÜRK-ın canlı yayımında çıxış edən Sındırqı bələdiyyə başçısı Serkan Sak son zəlzələdə heç bir mənfi hadisənin və tələfatın olmadığını bildirdi.

    "Sındırqı ən qısa zamanda fəlakət bölgəsi elan edilməlidir" deyən Sak, bölgədə ardıcıl baş verən zəlzələlərə toxunub və tərk edilmiş binalara ziyan dəydiyini qeyd edib..

    "Sındırqıda zəlzələ fırtınası davam edə bilər!"

    Professor H.Sözbilir: Ciddi və orta dərəcədə zədələnmiş binalar təxliyə edilməlidir,

    Keçən həftə Balıkesirin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra professor Dr. Həsən Sözbilir eyni bal gücündə yeni zəlzələlərin baş verməsinin mümkün olduğunu qeyd edərək deyib: "Sonuncu zəlzələ binalara orta və ağır ziyan vurdu. Bu binaların təxliyəsi faydalı olardı. Bu binalar dağıla bilər, çünki gələcəkdə ən azı 5 bal gücündə zəlzələlər mümkündür".