XƏBƏRLƏR / Hadisə

Türkiyədə ağır yol qəzası: 12 nəfər ölüb, 19 nəfər yaralanıb

Yaralılar Yozqat və Sorgundakı xəstəxanalara yerləşdirilib

Türkiyədə ağır yol qəzası: 12 nəfər ölüb, 19 nəfər yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

    Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılar Yozqat və Sorgundakı xəstəxanalara yerləşdirilib.

    Yozqat valisi Mehmet Əli Özkan bildirib ki, qəzanın ehtiyatsızlıqdan baş vermiş olması fikrindədir. Bütün hallarda əsl səbəb araşdırmalardan sonra bəlli olacaq.