XƏBƏRLƏR / Hadisə

Braziliyada futbol azarkeşlərini aparan avtobus aşıb

Yeddi nəfər ölüb

Braziliyada futbol azarkeşlərini aparan avtobus aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.

    Qəza Brumadinyo şəhəri yaxınlığındakı yolun dağlıq hissəsində, San-Paulu klubunun azarkeşləri komandalarının "Kruzeyro" ilə səfər oyunundan qayıdarkən baş verib.

    İlkin məlumata görə, qəzanın səbəbi avtobusun əyləcinin sıradan çıxması olub.