Türkiyədə AKP üzvü, oğlu, qardaşı oğlu öldürülüb
Hadisə Batmanın Güneykent məhəlləsində yerləşən Əsri qəbiristanlığında baş verib
Türkiyənin Batman şəhərində qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli idarə heyətinin üzvü Mehmet Direk, onun oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk həlak olub.
Hadisə Batmanın Güneykent məhəlləsində yerləşən Əsri qəbiristanlığında baş verib.
Məlumata görə, naməlum şəxs və ya şəxslər üç nəfərə atəş açıb. Hadisədən sonra polis ərazini nəzarətə götürüb və şübhəli şəxslərin saxlanılması üçün əməliyyat başlayıb.

Hüquq-mühafizə orqanları ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Hücumun səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
1 dəqiqədən az