XƏBƏRLƏR / Hadisə

Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kırıkkale şəhərində idarəetmədən çıxan avtobus aşıb, 41 nəfər xəsarət alıb.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Xəsarət alanlar hadisə yerindən xəstəxanalara çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.

    Baş verən yol-nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.