XƏBƏRLƏR / Kriminal

Türkiyədə azərbaycanlı sevgilisinə 75 bıçaq zərbəsi vurub

Rusiya vətəndaşı olan Arzu Xəlilova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

Türkiyədə azərbaycanlı sevgilisinə 75 bıçaq zərbəsi vurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan Arzu Xəlilova adlı qadın azərbaycanlı sevgilisi tərəfindən qətlə yetirilib.

    27 yaşlı S.M. 20 yaşlı sevgilisinə 75 bıçaq zərbəsi vurub.

    Hadisə cütlük arasında yaranan mübahisə əsnasında baş verib. Evdə sevgilisini öldürən şəxs polis tərəfindən saxlanılıb.

    Ağır yaralanan Xəlilova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Fakt üzrə təhqiqat başlayıb.