Türkiyədə keçirilən birgə "SAT-SAS-2024" təlimi başa çatıb
Azərbaycan və Türkiyə Hərbi Dəniz Güvvələri sualtı hücum və sualtı müdafiə tapşırıqları yerinə yetirdilər FOTO
Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.