Türkiyədə müzakirədə: Azərbaycan-Ermənistan münasibətləri
Bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır
Nazirlər Kabinetinin iclası Prezident Ərdoğanın sədrliyi ilə avqustun 7-də Beştepedə (Ankara) keçiriləcək.
Görüşdən sonra onun açıqlama verəcəyi gözlənilir.
Bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.
Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantıda daxili və xarici siyasətdəki inkişaflar ətraflı müzakirə olunacaq.
Xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Putinin Türkiyəyə səfəri olacaq. Putinin təmaslarına hazırlıq nəzərdən keçiriləcək.
Görüşün gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alacaq.
Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri müzakirə olunacaq.
Nazirlər Kabinetinin iclasında İsveç başda olmaqla bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar müzakirə olunacaq.
Terror təşkilatı üzvlərinin Prezident Ərdoğanı hədəf alan çirkin hərəkətlərinə qarşı atılacaq addımlar dəyərləndiriləcək.