XƏBƏRLƏR / Qonşular

Türkiyədə Prezident Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Axşam saat 23.00-da isə Türkiyə Prezidenti Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq

Türkiyədə Prezident Ərdoğanın andiçmə mərasimi keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə parlamentində Prezident R.T.Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

    Prezident Ərdoğanın andiçmə mərasimində 20 dünya lideri və 45-ə yaxın nazir Türkiyə Böyük Millət Məclisində olacaq. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin də iştirak edəcəyi gözlənilir, Somali, Əlcəzair və Balkan ölkələrinin iştirakı prezident səviyyəsində olacaq. Qətərin Baş naziri Əl Taninin parlamentdəki liderlər üçün ayrılmış lojada olacağı düşünülür.

    Ərdoğan saat 21:00-da Ankaradakı Çankaya Köşkündə türk dünyasının dövlət başçıları ilə nahar edəcək.

    Axşam saat 23.00-da Türkiyə Prezidenti Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.