Türkiyədə "Qış Təlimləri 2025” başa çatıb.
12 min hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edib
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qış Təlimləri 2025” başa çatıb.
Bu barədə Türkiyə Milli. Müdafiə Nazirliyi xəbər yayıb. Nazirlik qeyd edib ki, təlimlərin keçirilməsində məqsəd sərt hava şəraitində bölmələrin döyüş qabiliyyətini və imkanlarını yoxlamaq, həmçinin “həqiqi atışla birgə və uyğunlaşdırılmış təlimlərdə onların hazırlıq səviyyəsini yüksəltmək” olub.
Bu təlimlər yanvarın 20-də Türkiyənin Qars şəhərində başlayıb və fevralın 5-də sona çatıb. Onlarda müxtəlif ölkələrdən 12 mindən çox hərbçi iştirak edib.