XƏBƏRLƏR / İctimaiyyət

Türkiyədəki səfirliyimizdə “qaynar xətt” yaradılıb

Bu barədə XİN-dən məlumat veriblər

Türkiyədəki səfirliyimizdə “qaynar xətt” yaradılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905325776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.