XƏBƏRLƏR / Müttəfiq

Türkiyənin Zəfər Bayramında Türk şəhidliyi ziyarət edilib

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib

Türkiyənin Zəfər Bayramında Türk şəhidliyi ziyarət edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib.

    Türkiyə səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər ziyarətdə iştirak edib.

    Əvvəlcə abidənin önünə əklil qoyulub, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

    Səfir Birol Akgün şəhidlərin xatirəsini ehtiramla anıb.

    Diplomat Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməyə davam edəcəyini vurğulayıb.

    Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.