XƏBƏRLƏR / Fəlakət

Türkiyədə zəlzələdə ölənlərin sayı artdı

Bu barədə Türkiyənin daxili işlər naziri məlumat verib

Türkiyədə zəlzələdə ölənlərin sayı artdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə zəlzələ qurbanlarının sayı 48 448 nəfərə çatıb. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

    "Onlardan 6 660 nəfəri xarici ölkə vətəndaşlarıdır", - deyə o bildirib.

    Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya səbəb olub.