Liviyada daşqınlarda itkin düşənlərin sayı 10 mindir
Bu barədə "Reuters" agentliyi xəbər verib
Liviyanın şərqində daşqınlar nəticəsində itkin düşənlərin sayı 10 minə çatıb. "Reuters" agentliyi təbii fəlakətdən ən çox zərər çəkən Derna şəhərinin baş həkiminə istinadən xəbər verir ki, 2000-dən çox sakin həlak olub. Ölkənin şərq hissəsindəki səlahiyyətlilər (Liviya Milli Ordusunun nəzarətindədir) ölənlərin sayının 5000 nəfərdən çox olduğunu təxmin edir.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Liviya ofisinin məlumatına görə, dağıntılar səbəbindən 30 mindən çox yerli sakin Dernadan qaçıb.