XƏBƏRLƏR / Fəlakət

Azərbaycan XİN Venesuelaya başsağlığı verib

Nazirlik bu barədə "X" sosial media hesabında yazıb

Azərbaycan XİN Venesuelaya başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.

    Nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

    "Venesuelada baş verən faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq"., - paylaşımda qeyd olunub.