XƏBƏRLƏR / Fəlakət

Türkiyədəki zəlzələdə 500-dən çox tibb işçisi ölüb

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib

Türkiyədəki zəlzələdə 500-dən çox tibb işçisi ölüb
Fahrettin Koca
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ zamanı həyatını itirən səhiyyə orqanları əməkdaşlarının sayı məlum olub. "TRT Haber" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

    Onun sözlərinə görə, zəlzələdə ümumilikdə 505 tibb işçisi həlak olub. Nazir qeyd edib ki, bu gün tibb işçilərinin peşə bayramı günü olsa da, bu bayram matəm içində keçir.

    Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət 48 mindən çox insanın həyatını itirməsinə və böyük dağıntılara səbəb olub.