Türkmənistan və ABŞ regional təhlükəsizliyi müzakirə ediblər
Bu barədə ABŞ-ın Cənubi və Mərkəzi Asiya İşləri Bürosundan məlumat verilib
Türkmənistanın müdafiə naziri Begenç Gündoğdıyev ölkəyə səfər edən ABŞ Ordu Katibi Deniel Driskol və Cənubi və Orta Asiya üzrə xüsusi elçi Sercio Qor ilə görüşüb.
Bu barədə ABŞ-ın Cənubi və Mərkəzi Asiya İşləri Bürosunun (SCA) "X" hesabında məlumat verilib.
Regional təhlükəsizlik məsələləri müzakirə edilib. ABŞ Mərkəzi Asiyada sülh və sabitliyin təşviqinə sadiqliyini bir daha təsdiqləyib.
1 dəqiqədən az