Rusiya Prezidenti Vladimir Putinlə işcil əlaqə telləri quran, bu münasibətləri zamann ixtiyarına buraxmayan, üstəlik, korlamayan İlham Əliyev təcrübəsi həəəə...deyəsən, dünya siyasətçiləri üçün nümunə, örnək ola bilər.
İlham Əliyevlə Vladimir Putin dialoqu sentimentallıqdan, “böyük-kiçik” münasibətlərdən, siyasi boy ölçüsündən xeyli uzaqdadır.
“Real politik” xətt boyu yüksələn şkala ilə inkişaf edən bu təcrübənin, bu dialoqun yeni abzasları, təzə mövzuları, ünvanları mümkündürmü?
8 noyabr atəşkəs sazişi təcrübəsi bu dəfə Ukraynada necə, təkrarlana bilərmi? Biz Rusiya sülhməramlılarını qansız çıxardıq öz ərazimizdən. Təcrübəmiz necə, Ukraynada tirajlana bilərmi?
Qarabağdan başlayan bu sülhməramlı missiyanın, dramanın Ukraynada təkrarı, razılaşın, diplomatiyamıza xeyli xal qazandırardı dünya siyasi şahmat masasında.
Putin ilə Əliyevin son Bakı görüşlərindən dərhal sonra Hindistan Prezidenti Narendra Modinin Ukrayna səfəri xəbəri mövzusu, məncə, mətbuata təsadüfü ötürülməyib. Hindistan Prezidenti Narendra Modi şahmat fiquru, Putinin ən ciddi, rezerv oyun kartlarındandır. Missiyası subliminal mesajlarla zəngindir. İndi gəlin deşifrələyək bu missiyanın bəzi subliminal mesajlarını.
8-9 iyul Moskva görüşlərindən sonra Modi dərhal Avstriya paytaxtı Vyanaya gedib. Avstriya kansleri Karl Nehammer ilə görüşüb. Bu Avstriya kansleri Ukrayna müharibəsindən sonra, 2022-ci ilin aprelində Moskvaya gəlmiş yeganə Qərb lideridir. Putinlə Nehammerin danışıqları tərcüməçisiz, şahidsiz olub. Putin almanca danışıb bu kanslerlə.
Narendra Modinin bu marşrutu ssenarini təkrarladı. Putinin Vyanada açıq qoyduğu qapıdan keçdi.
Vyana valsına, Putin tərəfindən dəvət aldı sanki.
Bu Marlezon baletinin ikinci hissəsi isə Modinin Ukrayna, Polşaya səfərləri ilə yadda qalacaq.
Səfər haqda ilk məlumatlar Putinin Bakı görüşləri zamanı mətbuata sızdırılıb. Bunları da Putinin növbəti subliminal mesajları bilək.
Türk analitiki Engin Özərin “Ukrayna sülh danışıqları Bakıda keçə bilər” mesajı da subliminal məna yükünü daşıyır.
Göstərir ki, Türkiyə də bu ssenaridən xəbərdardır.
P.S. Vaxtı ilə rus səyyahı Afanasi Nikitin özünün Bakı, İran, Hindistan marşrutlu səyahətnaməsini yazmışdı. Putin 400 il sonra bu marşrutu siyasiləşdirdi. Rusiyanın yeni maraqlrının Hind okeanı sahillərində olduğunu vurğuladı. Jirinovskinin məlum mesajları, ritorikasında da Hind okeanı mövzusu var. İndi hər iki ritorika birləşdi.