XƏBƏRLƏR / Təbiət

Üç nəfəri ildırım vuraraq öldürüb

Təbiət hadisəsi daha çox Şəmkir və Tovuza təsir edib

Üç nəfəri ildırım vuraraq öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəmkir rayonun Zəyəm qəsəbəsində qadını ildırım vuraraq öldürüb.

    Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, mayın 31-də Şəmkirdə 61 yaşlı kişini də ildırım vuraraq öldürüb. Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənddə 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

    Tovuzda da yeniyetməni ildırım vuraraq öldürüb.

    Bədbəxt hadisə mayın 31-i axşam saatlarında baş verib. Məlumata görə, rayon sakini, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.

    O, hadisə yerində ölüb.