XƏBƏRLƏR / İdman

UEFA Çempionlar Liqası: "Qarabağ" "Linkoln"u məğlub etdi

Cavab oyunu iyulun 19-u Bakıda keçiriləcək

UEFA Çempionlar Liqası: "Qarabağ" "Linkoln"u məğlub etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Cəbəllütariqdə "Linkoln"un qonağı olub.

    "Trend" xəbər verir ki, oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

    Oyunda ilk qolu meydan sahiblərinin oyunçusu Kike Qomes vurub (25-ci dəqiqə). 58-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Redon Cica hesabı bərabərləşdirib - 1:1. Oyunun sonlarında təmsilçimizin hücumçusu Y.Benzia "Qarabağ"ı hesabda önə keçirib - 2:1.

    Qeyd edək ki, cavab oyunu iyulun 19-u Bakıda keçiriləcək.