XƏBƏRLƏR / İctimaiyyət

Ukrayna Ali Radası Azərbaycana təşəkkür etdi

Bu barədə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk “X” hesabında yazıb

Ukrayna Ali Radası Azərbaycana təşəkkür etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna növbəti humanitar yardımın göstərilməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

    Bu barədə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk “X” hesabında yazıb.

    "Biz Ukraynaya davamlı humanitar dəstəyinə görə Azərbaycana minnətdarıq", - o bildirib.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 2 milyon dollar məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.