XƏBƏRLƏR / İctimaiyyət

Ukraynadan 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

Ukraynadan 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Uaqlara Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

    Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

    Qeyd edək ki, bundan əvvəlki altı qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.