XƏBƏRLƏR / Siyasət

Ursula Fon der Lyayen də İham Əliyevə zəng edib YENİLƏNİB

Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb

Ursula Fon der Lyayen də İham Əliyevə zəng edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngi barədə "X" sosial şəbəkəsində paylaşım edib.

    Paylaşımda deyilir:

    "Bu gün İlham Əliyevlə söhbətimdə biz sabit və firavan Cənubi Qafqaz çərçivəsində Aİ ilə Azərbaycan arasında mühüm əlaqələri müzakirə etdik.

    Biz minalardan təmizlənməsini dəstəkləmək üçün səyləri artırmağa hazırıq. Biz COP29-u Bakıda necə uğurla həyata keçirməyi də müzakirə etdik".

    ***

    Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

    Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

    Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

    Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

    Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.