XƏBƏRLƏR / Mədəniyyət

Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Vahid Əziz oğlu Cəfərovun (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Xalq şairi Vahid Əzizin sabah 80 yaşı tamam olur.