Vatsapdan təhlükəsiz istifadə qaydaları
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat verir
Vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirin.
Elektron Təhlükəsizlik Xidməti xəbər verir ki, Vatsap hesabınızın təhlükəsizliyindən əmin olmaq üçün sadalananlara xüsusi diqqət yetirməyiniz tövsiyə olunur:
- İkifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirin;
- Tətbiqi ən son versiyaya yeniləyin;
- Mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmayın və faylları yükləməyin;
- Təsdiqləmə kodunu heç kəslə paylaşmayın.