Azərbaycan daha müasir istilik sisteminə keçəcək
Bu barədə Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov danışıb
Azərbaycanda daha müasir istilik sisteminə keçid üzrə işlər aparılır - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov məlumat verib.
““Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır. “Azəristiliktəchizat”ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı da təkliflər var və hazırda işlənilir”, - deyə nazir əlavə edib.