
Vəkil Zaur Məmmədov intihar edib.
Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yaxınlığında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.
“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəyan edib.

“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.
Kollegiya ilə onun arasında hər hansı isə problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”-deyə, o bildirib.
Sədr mərhum Zaur Məmmədovun vəfatından dərindən kədərləndiyini bildirib və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.