Növbəti köç karvanı Vəngli kəndinə çatıb YENİLƏNİB
Bu gün Ağdərənin Vəngli kəndinə 45 nəfər, Xocalının Daşbulaq kəndinə 31 nəfər, Badara kəndinə isə 19 nəfər köçürülüb
14:45
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
Kəndə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Qeyd edək ki, bu gün Vəngli kəndinə 11 ailə (45 nəfər) köçürülüb.
***
14:39
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.
Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə kəndə 11 ailə (45 nəfər) köçürülüb.
***
13:42
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq və Badara kəndlərinə çatıb, mənzillərin açarları təqdim edilib.
Bu kəndlərə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.

***
13:25
Növbəti köç karvanları Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb.
Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Daşbulaq kəndinə 9 ailə, - 31 nəfər, Badara kəndinə 6 ailə - 19 nəfər köçürülüb.

***
12:50
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Noyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə yola salınıb.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 11 ailə - 45 nəfər, Xocalının Daşbulaq kəndinə 9 ailə - 31 nəfər, Badara kəndinə isə 6 ailə - 19 nəfər köçürülür. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 299 nəfər (85 ailə)
Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
Xıdırlı (Ağdam) - 1 808 nəfər (465 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 383 nəfər (99 ailə)
Şuşakənd (Xocalı) - 115 nəfər (42 ailə)
Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
Badara (Xocalı) - 136 nəfər (37 ailə)
Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
Kəlbəcər - 338 nəfər (81 ailə)
Cəmi: 20 575 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
4 dəqiqə