14:55
Dekabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Badara, Daşbulaq, Ağdərınin Kolatağ, Vəngli və Həsənriz kəndlərinə çatıb.
Bu gün Xocalının Badara kəndinə 66 nəfər (15 ailə), Daşbulaq kəndinə 11 nəfər (4 ailə), Ağdərənin Həsənriz kəndinə 54 nəfər (10 ailə), Vəngli kəndinə 14 nəfər (6 ailə), Kolatağ kəndinə isə 31 nəfər (7 ailə) qayıdıb.
Bu münasibətlə keçirilən mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev onlara evlərinin açarlarını təqdim edib.

M.Əfəndiyev bildirib ki, Azərbaycan dövləti bütün imkanları ilə sakinlərin yanındadır və bu torpaqlarda rahat, təhlükəsiz yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.
ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələrini tövsiyə ediblər.

Sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
***
13:47
Dekabrın 22-də Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə 15 ailə - 66 nəfər, Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə isə 7 ailə - 31 nəfər keçmiş məcburi köçkün qayıdıb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
***
12:35
Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.

Bu mərhələdə Vəngliyə 6 (14 nəfər), Kolatağa 7 (31 nəfər), Badaraya 15 (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülür.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 464 nəfər (93 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 985 nəfər (254 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 484 nəfər (125 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 482 nəfər (111 ailə)
Ballıça - 1034 nəfər (232 ailə)
Təzəbinə - 605 nəfər (138 ailə)
Xanyurdu - 371 nəfər (108 ailə)
Şuşakənd - 335 nəfər (90 ailə)
Badara - 200 nəfər (58 ailə)
Seyidbəyli - 169 nəfər (48 ailə)
Daşbulaq - 109 nəfər (26 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 692 nəfər (172 ailə)
Ağdam rayonu
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2193 nəfər (559 ailə)
Xocavənd rayonu
Hadrut - 131 nəfər (33 ailə)
Qırmızı Bazar - 344 nəfər (85 ailə)
Sos - 261 nəfər (61 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 449 nəfər (108 ailə)
Kərkicahan - 117 nəfər (30 nəfər)
Cəmi: 24 104 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.
5 dəqiqə