Xocalıda təbiətə dəyən ziyan hesablanır
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib
Xocalıda təbiətə dəyən ziyan hesablanır.
Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Onun sözlərinə görə, bundan sonra bərpa işlərinə başlanılacaq.
Nazir qeyd edib ki, dəymiş ziyanla bağlı hesablama işləri yekunlaşdıqdan sonra müvafiq planlar təqdim olunacaq və bunun əsasında bərpa işləri aparılacaq.