XƏBƏRLƏR / Biznes

Vergi Məcəlləsində dəyişikliklər sahibkarı müflis edə bilər

Kiçik sahibkarlar üçün gəlir vergisinin dərəcəsi 4 dəfə artırılıb

Vergi Məcəlləsində dəyişikliklər sahibkarı müflis edə bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Məclisin dekabrın 5-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə etdiyi və bu ilin yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər sahibkarları çətin vəziyyətə salıb.

    Belə ki, İllik dövriyyəsi 200 min manata qədər olanlar mikro sahibkar kimi təsnif edilir.

    Qəbul edilən 1033-VIQD nömrəli Qanuna əsasən onlar üçün yanvar ayından gəlir vergisi 5%-dən 20%-ə yüksəlib. Amma kiminsə ştatında ən azı 3 rəsmi işçisi varsa, o zaman 5% onlar üçün keçərlidir.

    3% sadələşdirilmiş vergi ödəyənlər, o zaman onlar da, əgər üç rəsmi işçi yoxdursa, sadələşdirilmiş 3% əvəzinə mənfəətin 20% -ni ödəyəcəklər.

    Başqa ölkələrdə vergi dərəcəsi artanda prioritet sayılan və kasıb təbəqənin məşğul olduğu sahələr istisna edilir. Belə ki, Belarusda vergi dərəcələri qaldırılsa da, bu İT sahəsinə şamil edilməyib. Qonşu Gürcüstanda isə vergilərin artırılması qərarı aşağı gəlirli peşələrə (taksi sürüçüsü, bərbər, repetitor və s.) aid edilmir.