BLOQ

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Müharibənin 35-ci günü

Vətən müharibəsinin xronikası: 31 oktyabr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistanın xüsusi təyinatlılardan ibarət kəşfiyyat-diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Onları daşıyan avtomobil texnikası da şəxsi heyətlə birlikdə məhv edilib. Bundan başqa, cəbhənin digər istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 5 ədəd yaylım atəşli reaktiv sistemi, beş tankı, piyadaların üç döyüş maşını, 15 müxtəlif tipli artilleriya topu, bir “Osa” zenit raket kompleksi, bir radioelektron mübarizə stansiyası, üç avtomobil texnikası sıradan çıxarılıb. 

    Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib.

    Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

    Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

     Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb .

     Cəbhəyanı bölgədə döyüş başlıqları, top mərmisi və bombacıq aşkarlanıb.