BLOQ

Azərbaycanlılara qarşı qurama "Yekaterinburq işi" dağılır

Rusiya xüsusi xidmətlərinə yaxın olan "VÇK-OQPU" Teleqram kanalı Rusiyanın ittihamlarının saxta və qurama olduğunu yazır

Azərbaycanlılara qarşı qurama "Yekaterinburq işi" dağılır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • FSB (Federal Təhlükəsizlik xidməti) və SKR-nin (Rusiya İstintaq komitəsi) təhlükəsizlik qüvvələri tərəfindən Sverdlovsk vilayətində aparılan istintaq nəticəsində Sverdlovsk vilayətinin İstintaq idarəsinin rəhbəri, general-mayor Boqdan Frantsişko məzuniyyətə çıxıb və bir də vəzifəsinə qayıtmaya bilər.

    Yoxlamanın səbəbi Sverdlovsk vilayəti üzrə İstintaq komitəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə dördüncü idarəsinin rəisi, mayor Yaroslav Kuzvesovun rəhbərlik etdiyi azərbaycanlılar Şıxlinski və Səfərovlara qarşı cinayət işlərinin uğursuz araşdırılması olub.

    İstintaq zamanı təsdiq edilib ki, müstəntiq Kuzvesov Şıxlinski və Səfərovlara qarşı əsaslı sübut tapmayıb. Hazırda ittihamın əsas dəlili işgəncə yolu ilə alınan və nəticədə iki öldürülən azərbaycanlının etirafedici ifadələrdir.

    Bir neçə ay ərzində Sverdlovsk İstintaq idarəsinin rəisi Boqdan Frantsişko tabeliyində olan mayor Kuzvesovu Moskvadan gələn müfəttişlərin gözü qarşısında müdafiə edib. Daha sonra onların arasında münaqişə yaranıb — Frantsişko Kuzvesovdan istintaqı sürətləndirməyi tələb edib, lakin Kuzvesov rəisin tələbinə cavab olaraq iş yerində sərxoş halda dava salıb.

    Kuzvesovun həmkarlarının dediyinə görə, mayor “sözün həqiqi mənasında öz rəisini [Frantsişkonu] şantaj edib”. "Yaroslav bu yaxınlarda özünü tamamilə qeyri-adekvat apardı. O, hədələyirdi ki, əgər onu işdən kənarlaşdırsalar və ya işdən çıxarsalar, bütün vəziyyəti [SKR rəhbəri Aleksandr] Bastrıkinə çatdırmaq üçün əlaqələrindən istifadə edəcək. Bu cür "əlaqələrin" mövcudluğuna çox az adam inanır, lakin Boqdan Valeriyeviç [Frantsişko] nədənsə səbirli olub və sadə içki aludəçisinə çevrilən Kuzvesovu işdən çıxarmayıb".

    Federal İstintaq komitəsində başa düşürlər ki, Ural müstəntiqlərinə həvalə edilmiş Şıxlinski və Səfərovlara qarşı iş dağılır, buna görə də Moskva Bakı ilə qarşıdakı danışıqlarda "kozırsız" qalır. Hətta sərxoş mayorun öhdəsindən gələ bilməyən Sverdlovsk İstintaq komitəsinin rəhbəri Boqdan Frantsişkonun idarəçilik qabiliyyətləri haqqında da nəticə çıxarılır.

    TK ВЧК-ОГПУ