BLOQ

Din elə Əxlaqın özüdür

İslama görə əxlaq insanın yaradanın sifətlərini göz qabağına gtirməsidir

Din elə Əxlaqın özüdür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Deyir: Mənim heç bir dinim yoxdur və belə düşünürəm, əsas olan insaniyyətdir!

    Çöx gözəl, elə isə de görək insaniyyət nədir? 

    Deyir: İnsaniyyət, yəni ədalətli olmaq!

    Yaxşı, onda qulaq as! Hindulara görə ədalət 250 milyonun yoxsulluq içində, murdar şəraitdə yaşaması, yalnız yüksək təbəqənin varlı olmaq hüququdur.

    Kapitalizmdə isə dünya sərvətinin 99%-nin əhalinjn 1%-nin əlində olmasıdır.

    İslama görə isə ədalət hər kəsin və hər şeyin öz yerində olmasıdır.

    Deyir: Bura baxın, əsas odur ki, insanın əxlaqı olmalıdır.

    Gözəl! Bəs əxlaq nədir?

    Deyir: Əxlaq da, əxlaq!

    Bax, hindulara görə əxlaq ölmüş insanın cəsədini yandırmaqdır (çünki yalnız yanmaqla ruhu təmizlənir), zərdüştlərə görə əxlaq ölmüş insanın cəsədini çölə qoymaqdır (çünki yalnız çöl heyvanları cəsədi yeməklə paklanırlar), eskimoslara görə isə əxlaq qocalanları acından ölənə qədər tək qoymaqdır. Amma İslama görə Əxlaq insanın yaradanın sifətlərini (əsmaul hüsnanın) özündə təcəlli etməkdir!

    Deyir: Bura baxın, mən deyirəm ki, insan bütün işlərini ağılla görməlidir. Axı ağıl yaxşı şeydir!

    Gözəl sözdür. Bəs ağıl və ağılla görülən işlər nədir?

    Eksiztensial fəlsəfəyə görə, insanın ən ağıllı işi intihardır (çünki yaşamaq insanlara görə uzun sürən işgəncədir), faşizmə görə ən ağıllı iş insanları ruhi və fiziki öldürüb yalnız sağlamları saxlamaq, fransız filosof Dekarta görə isə canlıların anatomiyasını öyrənmək üçün onları diri-diri yarmaqdır. 

    Bəs yaxşı, bu sözə münasibətin nədir: "Özünə rəva bilmədiyini başqasına rəva bilmə"?

    Dayan, dayan! Çox gözəl sözlərdir....

    Hə, onda bil ki, bu sözlər Allahın son peyğəmbəri Həzrət Muhəmmədə aiddir...

    Allahın ona salam və salavatı (köməyi)  olsun...